SOCAR AQŞ Neftçilər Gününü Qeyd Edir
Neft-qaz sənayesinin tərəqqisində misilsiz payı olan, ölkəmizin iqtisadi dayanıqlılığına və beynəlxalq nüfuzuna dəyərli töhfələr verən bütün neftçilərimizi 20 Sentyabr – Neftçilər Günü münasibətilə təbrik edirik!
Neftçilər Günü ölkəmizin enerji sektorunun inkişafında mühüm rol oynayan peşəkarların əzmini, təcrübəsini və əməyini yüksək qiymətləndirmək üçün əlamətdar gündür.
Bu xüsusi gündə peşəkar nailiyyətlərinə və sənayenin inkişafına verdiyi töhfələrə görə yüksək mükafata layiq görülən həmkarımızı qürurla təqdim edirik:
• Vəliyev Azər (Mexaniki və texniki xidmət üzrə qrup rəhbəri) – “Fəxri neftçi” döş nişanı
Bu mükafat həmkarımızın peşəkarlığının, əzminin və işinə məsuliyyətli yanaşmasının göstəricisidir. Onun nailiyyəti ilə qürur duyur, həmkarlarımıza və bütün neftçilərə gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq.
Neftçilər Gününüz Mübarək!