AQS






Karyera mərkəzi

SOCAR-AQŞ MMC özünün əsas sifaişçisi olan Azərbaycan Republikası Dövlət Neft Şirkəti (ARDNŞ) Azneft İstehsalat Birliyi ilə olan razılaşmaya əsasən Xəzər dənizində neft və qaz quyularının qazılması xidmətlərini həyata keçirən yeni bir qazma müəssisəsidir.

Müəssisə onun əsas sifarişçisinin işin keyfiyyətinə, texniki və iqtisadi göstəricilərinə, etibarlılığına və təhlükəsizliyinə olan tələblərinin və gözləntilərinin yerinə yetirilməsini təmin edir.

SOCAR-AQŞ MMC 2008-ci ilin mart ayında qazma əməliyyatlarına başladığı gündən bugünədək işçilərini özünün əsas sərvəti hesab edir, işçilərin peşə biliklərinin və səriştəliliyinin daim artırılmasını diqqət mərkəzində saxlayır, onların bilik və bacarıqlarından tam istifadə etməyə çalışır. Yeni kadrlar işə cəlb olunarkən, əsas meyar olaraq onların müəssisənin dəyərlərinə uyğunluğu, səriştəliliyi və peşəkarlılığı əsas götürülür. Müəssisə hazırki işçi heyətini davamlı olaraq peşə təlimləri ilə  təmin edir və təkmilləşdirir. Müəssisənin kadr siyasətinin əsas istiqamətləri aşağıdakılardır:

• Müəssisə daxilində bütün səviyyələrdə peşə təlimi ehtiyaclarını müəyyən etmək və əməkdaşları lazımi peşə təlimi imkanları ilə təmin etmək.
• İşçilərimizin sağlamlığını və təhlükəsizliyini təmin etmək məqsədilə onları mütəmadi olaraq texniki təhlükəsizlik təlimlərinə göndərmək.

SOCAR-AQŞ MMC öz işçiləri üçün yeni qurulmuş və dinamik olaraq böyüyən müəssisədə rəqabətqabiliyyətli  əmək haqqı paketi, peşə təlimi və sürətli karyera yüksəlişi imkanları təklif edir.