24 Yanvar 2024

SOCAR AQŞ "IADC Drilling Caspian 2024" konfrans və sərgisinin Qızıl Sponsorudur

 

SOCAR AQŞ 8-9 fevral tarixlərində Bakıda keçiriləcək “IADC Drilling Caspian 2024” konfrans və sərgisinin Qızıl Sponsoru olmaqdan məmnunluq duyur.

 

Konfransda çətinlikləri və imkanları müzakirə etmək və ən yaxşı təcrübələri bölüşmək məqsədilə sənaye liderləri və qazma mütəxəssisləri bir araya gələcək.

 

Bir çox sənaye rəhbərlərinin iştirak etdiyi tədbirdə SOCAR AQŞ-nin Baş direktoru Samir Mollayev əsas məruzəçi qismində çıxış edəcək.

 

Konfransında həmçinin SOCAR AQŞ-nin əməkdaşlarından Qazma mühəndisliyi üzrə qrup rəhbəri Elşən İsmayılov, Qazma xidmətləri üzrə müşavir Paul Skinazi və Qazma Mühəndisi Gündüz Mahmudov fərqli mövzular üzrə çıxış edərək, müxtəlif sessiyalara sədrlik edəcəklər.

 

Tədbirdə qabaqcıl texnoloji nailiyyətlər, qazma işlərinin avtomatlaşdırılması, müvafiq texniki nailiyyətlərin nümunələri, eləcə də neft və qazın Xəzər regionuna təsirinə aid məlumatlar təqdim olunacaq.

 

Tədbirin proqramı və tədbirdə iştirak etmək qaydaları ilə keçid vasitəsilə tanış ola bilərsiniz: https://iadc.org/event/iadc-drilling-caspian-2024-conference-exhibition/#program