KSTTƏMM mədəniyyətimiz

SOCAR AQŞ –də biz inanırıq ki, bütün hadisələrin qarşısı alına bilər.

İşçilərimizin, podratçı müəssisələrin işçilərinin və üçüncü tərəfin sağlamlıq və texniki təhlükəsizliyinin təmin olunması və eləcə də SOCAR AQŞ-nin fəaliyyət göstərdiyi ərazilərdə ətraf mühitin mühafizəsi bizim əsas dəyərlərimizdir.

Biz inanırıq ki, SOCAR AQŞ -nin uzunmüddətli uğuru, xidmətimizin keyfiyyətini, işçilərimizin qorunmasını, təbii və sosial mühitimizin mühafizəsini davamlı olaraq inkişaf etdirmək arzusu və bacarığımızdan asılıdır.


SOCAR AQŞ-nin rəhbərliyi müəssisənin idarəetmə sistemlərinin ümumi strukturunu təmin etməyi öz üzərinə götürür. Bu struktur aşağıdakıları əhatə edir:

   Çirkləndirmənin qarşısını almaq, təbii resurslardan istifadə və havaya atılan tullantıların miqdarının azaltmaq, tullantıların azaldılması və təkrar emalı vasitəsilə ətraf mühitə təsirimizi minimuma endirmək;

   Yerli qanunvericiliyi, beynəlxalq hüquq normalarını, sənayedə qəbul edilmiş konvensiyaları və sifarişçilərin tələblərini başa düşmək və onlara əməl etmək;

   Mümkün olan yerdə və zamanda ətraf mühitin vəziyyətini yaxşılaşdırmaq;

   Bizimlə və bizim üçün işləyən bütün insanların mühafizə olunması, onların sağlamlığının  və texniki təhlükəsizliyinin təmin edilməsi üçün çalışmaq;

   KSTTƏMM uyğunsuzluqlarını, qəza və hadisələri aradan qaldırmaq;

   Sifarişçinin müəyyən etdiyi tələblərə cavab vermək və Sifarişçinin məmnunluğunu təmin etmək.

   Hər hansı bir fövqəladə vəziyyət, böhran və biznes fəaliyyətinin dayandırılması halına qarşı hazırlıqlı olmaq, onlara reaksiya vermək və qarşısını almaq.


SOCAR AQŞ-nin işçiləri və podratçıları problemsiz mühitin yaradılması məqsədilə aşağıdakılara əməl etməlidir:

   Keçirilən təlimlərdə iştirak etmək və təlimdə öyrənilənləri işdə tətbiq etmək.

   Müəssisəmizin təhlükəsiz iş sisteminə və əsas dəyərlərinə uyğun olaraq işləmək

   Avadanlıqları təhlükəsiz və effektiv işlətmək

   Problemlərin həll oluna bilməsi üçün, hər hansı təhlükəli hərəkət və təhlükəli vəziyyət müşahidə etdikdə işi saxlamaq.

   Fərdlər və qruplar tərəfindən qabaqcıl KSTTƏMM göstəricilərini tanımaq


Müəssisəmizin şöbə rəhbərləri müəssisənin KSTTƏMM siyasəti, prosedur və tələblərinin çatıdırılmasına, tətbiqi və əməl olunmasına görə məsuliyyət daşıyır.

SOCAR AQŞ bütün işçilərin, müəssisənin KSTTƏMM siyasətinin davamlı inkişaf etdirilməsinə töhfə verəcəyinə və KSTTƏMM liderliyinin müəssisənin bütün səviyyələrinə yayılması üçün əlindən gələni edəcəyinə inanır.

SOCAR AQŞ-nin rəhbərliyi işçilərimizin səriştəliliyinin inkişaf etdirilməsi və bununla da müəssisəmizdə KSTTƏMM səviyyəsinin daimi yüksəlişini təmin etmək məqsədilə KSTTƏMM idarəetmə sisteminin monitorinqini və təhlilini həyata keçirəcəkdir.

AZƏRBAYCAN QAZMA SƏNAYESİNDƏ İLK DƏFƏ

Vipstok texnologiyasının tətbiqi

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müasir vipstok texnologiyası istifadə edilərək 13 saylı DDSÖ-də qəzanı aradan qaldırmaq məqsədilə rotor üsulu ilə mövcud qazma lüləsindən yan lülə qazılmışdır.

daha ətraflı

Qabaqcıl Texnologiyaların Uğurlu Tətbiqi

SOCAR AQŞ BP Azərbaycan şirkətinin elan etdiyi Sahibkarlığın İnkişafı Mükafatı 2015 müsabiqəsində İLİN ŞİRKƏTİ Mükafatına layiq görülmüşdür.

daha ətraflı