İOİS üzrə siyasətimiz

SOCAR-AQŞ MMC-də İSO 9001:2008 Keyfiyyətin İdarəedilməsi Sistemi, İSO 14001:2004 Ətraf Mühitin Mühafizəsinin İdarəedilməsi Sİstemi, OHSAS 18001:2007 Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikasının İdarəedilməsi Sİsteminin və API Spec Q2, 1-ci Nəşrin tələblərin əsasında İnteqrə Olunmuş İdarəetmə Sistemi (İOİS) tətbiq olunmuşdur.

Bu İOİS üzrə siyasət müəssisənin məqsədlərinə, müəssisənin teniki təhlükəsizliyinin təbiəti və miqyasına, müəssisənin fəaliyyətlərinin ətraf mühitə təsirlərinə və müəssisənin məhsul və xidmətlərinə uyğun gəlir, və inteqrə olunmuş qazma və quyu xidmətlərinin təmin edilməsi ilə bağlı fəaliyyəti əhatə edir.


İOİS üzrə siyasətin əsas müddəaları aşağıdakılardır:

  1. Müəssisədə tətbiq olunmuş beynəlxalq standartların tələblərinə cavab vermək və İOİS-in effektivliyini artırmaq məqsədilə prosesləri daima təkmilləşdirmək;
  2. İşçilərimizin sağlamlığını və təhlükəsizliyini təmin etmək;
  3. Fəaliyyətimiz zamanı ətraf mühitin çirklənməsinin qarşısını almaq;
  4. Müəssisənin fəaliyyətini AR qanunvericiliyinin və müəssisənin texniki təhlükəsizliklə bağlı riskləri və ətraf mühiti ilə bağlı aspektlərinə aid olan digər tələblərinə uyğun qurmaq;
  5. İOİS üzrə məqsədlərin hazırlanması və yoxlanılması üçün əsas yaratmaq;
  6. Quyu tikintisinin effektivliyini artırmaq məqsədilə struktur vahidlərinin işini birgə planlaşdırmaq;
  7. Mövcud qurğu və avadanlıqların etibarlığını artırmaq, imkan yarandığı hallarda yeni texnika və texnologiyaları tətbiq etmək;
  8. Sifarişçi tələblərinin və gğzləntilərinin ən yüksək səviyyədə yerinə yetirilməsini təmin etmək;
  9. İşçilərimizin maksimal potensialını aşkara çıxarmağa yönəldilən və onların inkişafına sərf olunan investisiyaların maksimal səviyyədə geri qaytarılmasını təmin edən idarəetmə sistemi qurmaq;
  10. İşçilərimizin peşəkarlığını beynəlxalq standartların tələblərinə uyğunlaşdırmaq;
  11. Bütün fəaliyyət sahələrində yeniliklərin tətbiqində təşəbbüskarlıq göstərən işçi heyət formalaşdırmaq.

SOCAR-AQŞ MMC-nin yüksək rəhbərliyi İOİS siyasətin müəssisə daxilində işçilərə çatdırıldığı və başa düşüldüyünü, sənədləşdirildiyini, tətbiq olunduğunu və işlək vəziyyətdə saxlanıldığını, üçüncü tərəflər və cəmiyyət üçün mövcud olunduğunu və daimi uyğunluğuna yoxlandığını təmin etməlidir.

AZƏRBAYCAN QAZMA SƏNAYESİNDƏ İLK DƏFƏ

Kerna nümunələrinin götürülməsi

Günəşli yatağında 11 və 13 saylı DDSÖ-lərdən yeni texnologiyanın tətbiqi ilə kerna nümunələri götürülmüşdür.

daha ətraflı

Qabaqcıl Texnologiyaların Uğurlu Tətbiqi

SOCAR-AQŞ BP Azərbaycan şirkətinin elan etdiyi Sahibkarlığın İnkişafı Mükafatı 2015 müsabiqəsində İLİN ŞİRKƏTİ Mükafatına layiq görülmüşdür.

daha ətraflı