Sertifikatlar, Üzvlük, Mükafatlar

Sertifikatlar:

SOCAR-AQŞ İnteqrə Olunmuş İdarəetmə Sistemini müvəffəqiyyətlə tətbiq etmiş və ISO 9001:2008, ISO 14001:2004OHSAS 18001:2007 beynəlxalq standartları əsasında sertifikatlaşdırılmışdır.


       


SOCAR-AQŞ ilk milli qazma müəssisəsi olaraq 2015-ci ildə BP Azərbaycan və onun tərəfdaşları tərəfindən maliyyələşdirilən Sahibkarlığın İnkişafı və Təlimi Proqramını (EDTP) uğurla başa çatdırmışdır. 

SOCAR-AQŞ 2017-ci il tarixində Azərbaycanda fəaliyyət göstərən qazma müəssisələri arasında ilk olaraq API komitəsi tərəfindən API Spec Q2 sertifikatına layiq görülmüşdür.


Üzvlük:

SOCAR-AQŞ 2009-cu ilin iyun ayından etibarən Qazma Podratçıları Beynəlxalq Assosiyasının (IADC) üzvüdür.

                    


SOCAR-AQŞ-nin mühəndisləri Beynəlxalq Neft Mühəndisləri Cəmiyyətinin (SPE) üzvüdür.

SOCAR-AQŞ 2017-ci ildən etibarən Quyuya Nəzarət Beynəlxalq Forumun üzvüdür.



Mükafatlar:

         

 

SOCAR-AQŞ 2010-cu ildə Yeni Qazma Texnologiyalarının və yeni İdarəetmə Metodlarının Tətbiqi nominasiyası üzrə Caspian European Club tərəfindən İLİN ŞİRKƏTİ adına layiq görülmüşdür.

SOCAR-AQŞ  ardıcıl olaraq 2011- 2013-cü illərdə də Caspian European Club tərəfindən İLİN QAZMA ŞİRKƏTİ mükafatına layiq görülmüşdür.

SOCAR-AQŞ 2015-ci ildə BP Azərbaycanın yerli müəssisələr arasında elan etdiyi Qabaqcıl Texnologiyaların Uğurlu Tətbiqi nominasiyası üzrə İlin Şirkəti Mükafatını almışdır.

SOCAR-AQŞ "Caspian Business Award - 2016" mükafatına layiq görülərək İLİN QAZMA ŞİRKƏTİ elan edilmişdir.

 

AZƏRBAYCAN QAZMA SƏNAYESİNDƏ İLK DƏFƏ

Kerna nümunələrinin götürülməsi

Günəşli yatağında 11 və 13 saylı DDSÖ-lərdən yeni texnologiyanın tətbiqi ilə kerna nümunələri götürülmüşdür.

daha ətraflı

Vipstok texnologiyasının tətbiqi

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müasir vipstok texnologiyası istifadə edilərək 13 saylı DDSÖ-də qəzanı aradan qaldırmaq məqsədilə rotor üsulu ilə mövcud qazma lüləsindən yan lülə qazılmışdır.

daha ətraflı