Tələbə Təqaüdü Müsabiqəsi - 2017

SOCAR AQŞ 21 sentyabr 2017-ci il tarixində neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan Bakı Ali Neft Məktəbinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin sonuncu kurs tələbələri Arif Sadıqlıya və Rasim Həsənzadəyə müəssisənin 2017-2018-ci tədris ili üçün nəzərdə tutulan Tələbə Təqaüdünün verilməsi qərarını açıqlayıb.

Arif Sadıqlı və Rasim Həsənzadə Tələbə Təqaüdü Müsabiqəsinin bütün mərhələlərini uğurla keçərək müsabiqənin qalibi olublar.


Soldan sağa: SOCAR AQŞ-nin Baş direktoru Ramin İsayev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Rasim Həsənzadə və universitetin prorektoru Qasım Məmmədov 



Soldan sağa: SOCAR AQŞ-nin Baş direktoru Ramin İsayev, Bakı Ali Neft Məktəbinin tələbəsi Arif Sadıqlı və Ali Məktəbin rektoru Elmar Qasımov 

AZƏRBAYCAN QAZMA SƏNAYESİNDƏ İLK DƏFƏ

Horizontal quyu

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müəssisəmiz tərəfindən horizontal istismar quyusu (350) DDSÖ 13-dən qazılmışdır.

daha ətraflı

Vipstok texnologiyasının tətbiqi

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müasir vipstok texnologiyası istifadə edilərək 13 saylı DDSÖ-də qəzanı aradan qaldırmaq məqsədilə rotor üsulu ilə mövcud qazma lüləsindən yan lülə qazılmışdır.

daha ətraflı