Tələbə Təqaüdü Müsabiqəsi - 2015

SOCAR AQŞ neft-qaz mühəndisliyi ixtisası üzrə yüksək potensiallı kadrların yetişdirilməsi istiqamətində tədrisdə yüksək nailiyyətlər göstərən tələbələrə xüsusi qayğı göstərmək üçün 2015-ci ilin sentyabrından etibarən hər il müəssisənin Tələbə Təqaüdü Müsabiqəsini elan edir.

Neft-qaz mühəndisliyi sahəsi üzrə Təqaüdün təsis edilməsi tələbələr arasında rəqabət mühiti yaratmaq, onların tədris prosesində fəallığını artırmaq və təhsilə marağını stimullaşdırmaq istiqamətində tətbiq edilən uğurlu layihələr silsiləsindəndir.

Bakı Ali Neft Məktəbinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin sonuncu kurs tələbələri Eltun Sadıqov və Azad Xankişiyevə  müəssisənin 2015-2016-cı tədris ili üçün nəzərdə tutulan Tələbə Təqaüdü Müsabiqəsinin qalibi olublar.

 Soldan sağa: SOCAR AQŞ-nin Baş direktoru R. İsayev, Bakı Ali Neft Məktəbinin rektoru E. Qasımov, Bakı Ali Neft Məktəbinin tələbəsi Eltun Sadıqov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor M. Babanlı

Soldan sağa: SOCAR AQŞ-nin Baş direktoru R. İsayev, Bakı Ali Neft Məktəbinin rektoru E. Qasımov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Azad Xankişiyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor M. Babanlı

AZƏRBAYCAN QAZMA SƏNAYESİNDƏ İLK DƏFƏ

Horizontal quyu

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müəssisəmiz tərəfindən horizontal istismar quyusu (350) DDSÖ 13-dən qazılmışdır.

daha ətraflı

Qabaqcıl Texnologiyaların Uğurlu Tətbiqi

SOCAR AQŞ BP Azərbaycan şirkətinin elan etdiyi Sahibkarlığın İnkişafı Mükafatı 2015 müsabiqəsində İLİN ŞİRKƏTİ Mükafatına layiq görülmüşdür.

daha ətraflı