Tələbə Təqaüdü Müsabiqəsi - 2016

SOCAR AQŞ 23 sentyabr 2016-cı il tarixində neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan Bakı Ali Neft Məktəbinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin sonuncu kurs tələbələri İbrahim Məmmədova və Yasin Musayevə müəssisənin 2016-2017-ci tədris ili üçün nəzərdə tutulan Tələbə Təqaüdünün verilməsi qərarını açıqlayıb. Təhsildə yüksək nailiyyət əldə edən və nümunəvi davranış göstərən hər iki tələbə müəssisə tərəfindən təşkil olunmuş müsabiqəni uğurla keçərək qalib olublar.

Bakı Ali Neft Məktəbinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin sonuncu kurs tələbələri Ibrahim Məmmədov və Yasin Musayev müəssisənin 2016-2017-ci tədris ili üçün nəzərdə tutulan Tələbə Təqaüdü Müsabiqəsinin qalibi olublar.


Soldan sağa: SOCAR AQŞ-nin Baş direktoru R. İsayev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Yasin Məmmədov



Soldan sağa: SOCAR AQŞ-nin Baş direktoru R. İsayev, Bakı Ali Neft Məktəbinin tələbəsi İbrahim Məmmədov



Soldan sağa: Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı, Bakı Ali Neft məktəbinin prorektoru Ramiz Hümbətov və Bakı Ali Neft məktəbinin rektoru Elmar Qasımov

AZƏRBAYCAN QAZMA SƏNAYESİNDƏ İLK DƏFƏ

Vipstok texnologiyasının tətbiqi

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müasir vipstok texnologiyası istifadə edilərək 13 saylı DDSÖ-də qəzanı aradan qaldırmaq məqsədilə rotor üsulu ilə mövcud qazma lüləsindən yan lülə qazılmışdır.

daha ətraflı

Qabaqcıl Texnologiyaların Uğurlu Tətbiqi

SOCAR AQŞ BP Azərbaycan şirkətinin elan etdiyi Sahibkarlığın İnkişafı Mükafatı 2015 müsabiqəsində İLİN ŞİRKƏTİ Mükafatına layiq görülmüşdür.

daha ətraflı