İmtiyazlar və üstünlüklər

SOCAR-AQŞ müasir beynəlxalq neft və qaz sənayesində istifadə olunan ən son texnologiyalar və KSTTƏMM standartlarını öz əməliyyatlarına tətbiq etməklə rəqabətqabiliyyətli beynəlxalq şirkətə çevrilmək əzmindədir. Bu məqsədə nail olmağın ən vacib faktoru etik davranış və təhlükəsizlik qaydalarına riayət edən nümunəvi işçi qüvvəsinə malik olmaqdır. Mütəxəssislərimizin sosial rifahının yaxşılaşdırılması üçün müxtəlif həvəsləndirilmə layihələri həyata keçirilir. Bu isə işçi dövriyyəmizin minimuma endirilməsində xüsusi rol oynayır.

Bizim işçilərimizi fərqləndirən əsas cəhət onların yeni biliklər əldə etməyə həvəsli olması, təşəbbüskarlıq və liderlik xüsusiyyətlərinə malik olması və onların arasında komanda ruhunun olmasıdır. SOCAR-AQŞ-də işə başlayan istənilən işçi sürətlə inkişaf edən bir müəssisənin üzvü olur və sürətli karyera yüksəlişi, təlim və təkmilləşmə imkanları əldə edir.

 

CV GÖNDƏR

AZƏRBAYCAN QAZMA SƏNAYESİNDƏ İLK DƏFƏ

Horizontal quyu

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müəssisəmiz tərəfindən horizontal istismar quyusu (350) DDSÖ 13-dən qazılmışdır.

daha ətraflı

Kerna nümunələrinin götürülməsi

Günəşli yatağında 11 və 13 saylı DDSÖ-lərdən yeni texnologiyanın tətbiqi ilə kerna nümunələri götürülmüşdür.

daha ətraflı