Biznes Etikası

   Bütün işçilər (və bütün konsultantlar) SOCAR AQŞ-nin nüfuzunun inkişafına öz dəyərli töhfələrini verirlər, buna görə də bütün işçilərin bizim etik göstərişlərimizə əməl etməsi çox vacibdir.

   SOCAR AQŞ-nin istər ölkədaxili, istərsə də ölkəxarici fəaliyyəti müvafiq qayda və qanunlara uyğun həyata keçirilməlidir.

   Hər hansı işə başlamazdan əvvəl həmin işin hüquqi tələblərindən agah olun və bu tələblərə ciddi şəkildə riayət edin.

   SOCAR AQŞ-nin fəaliyyəti çərçivəsində xaricdə işləməli olduqda həmin ölkənin yerli qanunları ilə yaxından tanış olun.

   SOCAR AQŞ şəxsi mənfəət və ya müəssisə ilə bağlı görülən qeyri-qanuni işlərə göz yummayacaq. Hər bir işdə SOCAR AQŞ-nin nüfuzunu və etimadını nəzərə alın.

   Digər işçilər, ictimaiyyət, biznes çevrəsi, müştərilər, təchizatçılar, rəqiblər və dövlət qurumları ilə iş görərkən dürüst olun.

   SOCAR AQŞ-də fəaliyyətiniz zamanı hər hansı fərd və ya təşkilatdan hədiyyə ya da başqa imtiyazlarla bağlı təklifləri qəbul etməyin! Bu hərəkətlər sizin qərarlarınıza təsir etməklə yanaşı ictimaiyyətdə fəaliyyətinizə dair təzadlı fikirlər formalaşdıra bilər.

Müəssisənin tətbiq etdiyi İdarəçiliyin İnkişafı Modulunda bu mövzu daha geniş detallarla əhatə edilib

AZƏRBAYCAN QAZMA SƏNAYESİNDƏ İLK DƏFƏ

Horizontal quyu

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müəssisəmiz tərəfindən horizontal istismar quyusu (350) DDSÖ 13-dən qazılmışdır.

daha ətraflı

Qabaqcıl Texnologiyaların Uğurlu Tətbiqi

SOCAR AQŞ BP Azərbaycan şirkətinin elan etdiyi Sahibkarlığın İnkişafı Mükafatı 2015 müsabiqəsində İLİN ŞİRKƏTİ Mükafatına layiq görülmüşdür.

daha ətraflı