06/07/2020
SOCAR AQŞ 22 iyul – Milli Mətbuat Günü münasibəti ilə COVID-19 pandemiyası ilə bağlı medianın ictimaiyyəti məlumatlandırma işinə dəstək olmaq məqsədilə jurnalistlər üçün müsabiqə elan edir. “Milli mətbuat koronavirusa qarşı” adlı layihə SOCAR AQŞ kollektivinin şirkət daxilində yaratdığı “Koronavirusla mübarizə üçün ianə fondu”nun təşəbbüsü və maliyyəsi, “INPRESS PR Solution” şirkətinin təşkilati dəstəyi ilə həyata keçirilir.
Jurnalistlər 1 iyun 2020 – 16 iyul 2020 tarixləri ərzində mediada yayımlanmış və ya yayımlanacaq koronovirusla bağlı maarifləndirmə mövzusunda materiallarını təqdim edərək müsabiqəyə qatıla bilər. Ənənəvi media və yeni media nümayəndələrinin iştirak edə biləcəyi müsabiqənin şərtləri aşağıdakı kimidir:
Layihənin icra edilməsində “INPRESS PR Solution” şirkəti SOCAR AQŞ əməkdaşlarına dəstək göstərəcək. Müsabiqənin müvafiq qaydalara uyğun şəffaf keçirilməsinə, seçim prosesinin təşkilinə, münsiflər heyətinin formalaşdırılmasına və qaliblərin seçilərək elan olunmasına birbaşa “INPRESS PR Soulutions” məsuliyyət daşıyır.
Karantin qaydalarına uyğun olaraq, materiallar onlayn formada qəbul olunacaq. Müsabiqədə iştirak etmək istəyən media mənsubları hazırlayacaqları materialların linklərini info@inpress.az email ünvanına başlıqda “Milli mətbuat koronavirusa qarşı” və elektron məktubda 7 kateqoriya adından uyğun olan birini qeyd edərək göndərməlidirlər. 16 iyul saat 23:59-dək təqdim olunan materialların şərtlərə uyğunluğu, müəlliflik hüquqları araşdırılıb təsdiq olunduqdan sonra 5 nəfərdən ibarət münsiflər heyətinə təqdim olunacaq. Obyektivliyi təmin etmək üçün mükafatlandırma gününədək jüri üzvləri açıqlanmayacaq. Onlar özləri də digər münsif həmkarlarının kimliyi barədə xəbərsiz olacaq. Hər bir jüri üzvi materiallara fərdi qiymət verəcək və 5 jüri üzvinin qiymətlədirməsi toplanaraq ümumi nəticə çıxarılacaq.
Münsiflərin qiymətləndirməsi ilə ən çox bal toplayan 30 material müəllifi qalib seçiləcək. Müsabiqənin qalibləri 22 iyul – Azərbaycan Milli Mətbuatının yaranmasının 145 illiyi ərəfəsində “INPRESS PR Solution” şirkəti tərəfindən elan ediləcək. Materialı seçilən jurnaistlərin hər birinə SOCAR AQŞ-nin “Koronavirusla mübarizə üçün ianə fondu” tərəfindən dəyərli hədiyyələr bağışlanacaq.
Müsabiqə ilə bağlı suallar üçün “INPRESS PR Solutions” şirkəti ilə email (info@inpress.az) və telefon : (+994 50 310 42 40) vasitəsilə əlaqə saxlanıla bilər.
Vipstok texnologiyasının tətbiqi
Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müasir vipstok texnologiyası istifadə edilərək 13 saylı DDSÖ-də qəzanı aradan qaldırmaq məqsədilə rotor üsulu ilə mövcud qazma lüləsindən yan lülə qazılmışdır.
daha ətraflı
Qabaqcıl Texnologiyaların Uğurlu Tətbiqi
SOCAR AQŞ BP Azərbaycan şirkətinin elan etdiyi Sahibkarlığın İnkişafı Mükafatı 2015 müsabiqəsində İLİN ŞİRKƏTİ Mükafatına layiq görülmüşdür.
daha ətraflı