SOCAR AQŞ ‘’GÜNƏŞLİ’’ YATAĞINDA DAHA BİR QUYU TİKİNTİSİNİ VAXTINDAN XEYLİ ƏVVƏL BAŞA ÇATDIRDI

  • 27/06/2019

    SOCAR AQŞ 7 saylı dəniz stasionar özülündən faktiki dərinliyi 2660 m olan 342 nömrəli quyunun tikintisi işlərini təhlükəsiz, vaxtından xeyli əvvəl və ətraf mühitə heç bir ziyan vurmadan uğurla yekunlaşdırdı.

    Əməliyyatların Səmərəliyinə Nəzarət şöbəsinin müdiri Oktay Bağırov bildirib:’’ Yeni nəsil qazma avadanlığı “Bentec 3000 HP” vasitəsilə 342 nömrəli quyu Balaxanı lay dəstəsi –X  horizonta keyfiyyətlə qazılaraq sifarişçiyə təhvil verilib. Quyunun faktiki kommersiya sürəti 1698m/dəzgah/ay təşkil edib. Bu rəqəm özlüyündə quyu tikintisinin təhlükəsiz aparıılmasının və qazmanın optimallaşdırılmasının nəticəsidir ki, sifarişçinin təyin etdiyi vaxtdan 1.5 dəfə az müddətə quyu qazılaraq təhvil verilmiş və yüksək iqtisadi səmərə əldə edilmişdir’’.

    Əminik ki, dəyərlərinə daim sadiq qalan SOCAR AQŞ həmişə olduğu kimi bu və növbəti quyuları da Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcəkdir.

    Sifarişçi SOCAR-ın «Azneft» İstehsalat Birliyidir.

    Redaktorlar üçün qeyd:

    SOCAR AQŞ MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilmişdir. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.

    Hal-hazırda SOCAR AQŞ dayazsulu «Günəşli» yatağında yerləşən 7 və 11 saylı, «Qərbi Abşeron» yatağının 10 saylı və «Bulla» yatağında 6 saylı Dəniz Stasionar Özüllərində (DSÖ) qazma işləri aparır.

    Müəssisə, 2009-cu ildən etibarən IADC təşkilatının üzvüdür. SOCAR AQŞ, Dənizdə Neft və Qaz Quyularının Qazılması və Quyu Təmiri Xidmətlərinin Göstərilməsi, Kəmər Endirmə Xidmətləri, Atqıya Qarşı Avadanlıqların və Quyuağzı Avadanlıqların Təmiri və Sınağı Xidmətlərinin göstərilməsi üçün ISO 9001:2015;  ISO 14001:2015 və ISO 45001:2018 beynəlxalq standartlarının tələblərinə əsasən sertifikatlaşdırılmışdır.

    2017-ci ildə SOCAR AQŞ dənizdə neft və qaz quyularının qazılması və quyu təmiri xidmətlərinin göstərilməsi sahəsi üzrə API Spec Q2 Keyfiyyət İdarəetmə Sisteminin tələblərinə əsasən sertifikatlaşdırılmışdır.

    SOCAR AQŞ-nin səhmdarları SOCAR və Nobel Oil Services şirkətləridir.

AZƏRBAYCAN QAZMA SƏNAYESİNDƏ İLK DƏFƏ

Horizontal quyu

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müəssisəmiz tərəfindən horizontal istismar quyusu (350) DDSÖ 13-dən qazılmışdır.

daha ətraflı

Qabaqcıl Texnologiyaların Uğurlu Tətbiqi

SOCAR AQŞ BP Azərbaycan şirkətinin elan etdiyi Sahibkarlığın İnkişafı Mükafatı 2015 müsabiqəsində İLİN ŞİRKƏTİ Mükafatına layiq görülmüşdür.

daha ətraflı