SOCAR-AQŞ ‘’Günəşli’’ yatağında növbəti quyuda qazma işlərinə başlayıb

  • 14/03/2017

    Qeyd edək ki, 29 nömrəli quyunun Qala Lay Dəstəsinə (QLD) qazılması planlaşdırılır və quyunun layihə dərinliyi 4150 metr təşkil edir. 

    29 nömrəli quyu 7 saylı özüldə yenicə quraşdırılmış və Azərbaycanda anoloqu olmayan yeni nəsil qazma avadanlığı-Bentec 3000 HP vasitəsilə qazılır. 3000 at gücünə malik Bentec 3000 HP qazma qurğusunun istifadəsi nəticəsində yatağın məhsuldar laylarında uzunluğu 9000 m-dək olan böyük inhiraflı quyuların qazılması üçün nadir imkan yaranacaqdır.

    Məlumat üçün bildiririk ki, müəssisə 7 saylı stasionar dəniz özülündə paralel olaraq iki qazma qurğusu dəstindən istifadə edərək quyu tikintisi işlərini davam etdirir. SOCAR-AQŞ Hong Hua ZJ 70/4500 DZ qazma qurğusu vasitəsilə özüldən 316 və 318 nömrəli quyuları keyfiyyətlə qazaraq sifarişçiyə təhvil vermiş və hal-hazırda 317 nömrəli quyunun qazma işlərini uğurla davam etdirir.

    Əminik ki, dəyərlərinə daim sadiq qalan SOCAR-AQŞ həmişə olduğu kimi bu və növbəti quyuları da Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcəkdir.

    Redaktorlar üçün qeyd:

    SOCAR-AQŞ MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilmişdir. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.

    Hal-hazırda SOCAR-AQŞ dayaz sulu ‘’Günəşli ‘’yatağında yerləşən  7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 20 saylı, ‘’Ümid’’ yatağının 1 saylı və  ‘’Bulla’’ yatağında  6 saylı Dərin Dəniz Stasionar Özüllərində (DDSÖ) qazma işləri aparır.

    Müəssisə, 2009-cu ildən etibarən IADC təşkilatının üzvüdür. SOCAR-AQŞ, Dənizdə Neft və Qaz Quyularının Qazılması və Quyu Təmiri Xidmətlərinin Göstərilməsi, Kəmər Endirmə Xidmətləri, Atqıya Qarşı Avadanlıqların və Quyuağzı Avadanlıqların Təmiri və Sınağı Xidmətlərinin göstərilməsi üçün ISO 9001:2008, ISO 14001:2004 və OHSAS 18001:2007 beynəlxalq standartlarının tələblərinə əsasən sertifikatlaşdırılmışdır.

    SOCAR-AQŞ, API  Spec Q2 sertifikatını yaxın zamanda əldə etmək məqsədilə iş aparır.

AZƏRBAYCAN QAZMA SƏNAYESİNDƏ İLK DƏFƏ

Kerna nümunələrinin götürülməsi

Günəşli yatağında 11 və 13 saylı DDSÖ-lərdən yeni texnologiyanın tətbiqi ilə kerna nümunələri götürülmüşdür.

daha ətraflı

Qabaqcıl Texnologiyaların Uğurlu Tətbiqi

SOCAR AQŞ BP Azərbaycan şirkətinin elan etdiyi Sahibkarlığın İnkişafı Mükafatı 2015 müsabiqəsində İLİN ŞİRKƏTİ Mükafatına layiq görülmüşdür.

daha ətraflı