AQS






Təcili tələb olunan vakansiyalar

SOCAR-AQŞ MMC sürətlə inkişaf edən, inteqrə olunmuş qazma və quyu xidmətləri təklif edən qazma podratçısıdır. Müəssisə Xəzər dənizi DDSÖ Günəşlidə öz fəaliyyət sahəsini genişləndirməkdədir.


SOCAR–AQŞ MMC Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi və beynəlxalq neft sənayesinin ən yüksək texnoloji standartlarını tətbiq etməklə dünyamiqyaslı müasir qazma müəssisəsinə çevrilmək  məqsədi daşıyır.


Müəssisə aşağıda qeyd olunmuş vakant vəzifələrin işçi ilə təmin olunması üçün hal-hazırda havəsli, səriştəli, nümunəvi təhlükəsiz davranış və işgüzar mədəniyyət nümayiş etdirən namizədlər axtarır:

  • Qazma mühəndisi
  • Elektrik mühəndisi
  • Qaynaqçı
  • Çilingər


SOCAR–AQŞ MMC rəqabət qabiliyyətli əmək haqqı paketi, təlim və  professional inkişaf imkanları, gənc və dinamik şəkildə inkişaf edən müəssisədə sürətli kariyera yüksəlişi təklif edir.


Maraqlanan namizədlər vacancy@socar-aqs.com elektron poçt adresinə CV və məktub yollamaqla, həmçinin işə qəbul üçün online müraciət anketini doldurmaqla müraciət edə bilərlər. Yalnız ilkin seçim mərhələsindən keçmiş namizədlərlə əlaqə saxlanılacaqdır.


SOCAR-AQS MMC namizədlərə bərabər hüquqlar təmin edir. .